'Naxcivan tv' trends

Domains containing the tag 'Naxcivan tv'

Bounce ratePages / VisitVisit duration
1naxcivantv.az
Naxçıvan televiziyası - Ana səhifə
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi muxtar respublikanın ən böyük kütləvi informasiya orqanıdır. Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi, 26 dekabr 1978-ci ildə isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır. Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi kimi fəaliyyət göstərir. Naxçıvan Teleradiosu Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını əks etdirən rəngarəng televiziya və radio verilişləri hazırlayaraq tamaşaçı və dinləyicilərə təqdim edir. Naxçıvan Teleradiosu gün ərzində 17 saat televiziya, 17 saat radio verilişləri ilə yayımda olur. Komitənin inzibati binası əsaslı təmir olunmuş, teleradio müasir televiziya və radio avadanlıqları ilə təchiz edilmişdir.
n/a 5.50 n/a